"İlk növbədə institusional potensialın gücləndirilməsi, xarici dil biliklərinin artırılması və beynəlxalq layihələrin idarə olunması sahəsində peşəkar kadrların hazırlanması vacibdir. Eyni zamanda, beynəlxalq donorlarla əlaqələrin genişləndirilməsi, şəbəkələşmə imkanlarının artırılması və dövlət–QHT əməkdaşlığının gücləndirilməsi mühüm əhəmiyyət kəsb edir".
Bu sözləri “Əlilliyi olan şəxslərə sosial dəstək” İctimai Birliyinin sədri Təranə Musayeva QHT.az-a bildirib. Onun sözlərinə görə, 2026-cı il üçün əsas prioritetimiz beynəlxalq tərəfdaşlarla uzunmüddətli və dayanıqlı əməkdaşlıq mexanizmlərinin qurulmasıdır. Xüsusilə həssas qrupların, o cümlədən əlilliyi olan şəxslərin sosial müdafiəsi və inklüziv cəmiyyətin təşviqi istiqamətində beynəlxalq layihələrdə daha fəal iştirak etməyi planlaşdırırıq.