AZ

İran üçün təhlükəli ssenari: Vaşinqton və Təl-Əviv razılaşdı

ABŞ prezidenti Donald Tramp və İsrailin baş naziri Beniyamin Netanyahu Floridada keçirilən görüş zamanı İrana qarşı mümkün hərbi zərbə məsələsini müzakirə ediblər.

Olaylar.az xəbər verir ki, razılaşmaya əsasən, İran ABŞ-ın irəli sürdüyü şərtlər əsasında nizamlanmaya getməzsə, zərbə variantı gündəmdə saxlanılacaq.

Bu barədə "Al-Akhbar" Livanın rəsmi dairələrinə istinadla məlumat yayıb. Məlumata görə, Tramp və Netanyahu paralel olaraq Qəzza zolağı üzrə sülh planının ikinci mərhələsinin başlanması və Livanın İrana qarşı mümkün hücumlar zamanı neytral mövqedə qalması barədə də razılıq əldə ediblər.

Nəşr yazır ki, ABŞ-ın şərtlərinə İranın nüvə proqramından tam imtina etməsi, eləcə də Livan, İraq və Yəməndə fəaliyyət göstərən İran yönlü qruplara dəstəyin dayandırılması daxildir. Bu şərtlər qəbul olunarsa, Livanla bağlı ayrıca razılaşmanın da əldə edilə biləcəyi qeyd olunur.

Vurğulanır ki, əgər İrana hücum baş verər və bu, rejimin süqutuna gətirib çıxararsa, nəticələr Beyrut üçün də ciddi ola bilər. Çünki bu ssenaridə Hizbullahın zəifləyəcəyi və manevr imkanlarının azalacağı ehtimal edilir.

Hazırda rəsmi Vaşinqton və Təl-Əviv yayılan məlumatlarla bağlı açıqlama verməyib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
9
olaylar.az

1Mənbələr