AZ

Bayram günlərində neçə nəfər zəhərlənib?




Bayram günlərində Kliniki Tibbi Mərkəzə zəhərlənmə ilə 13 müraciət daxil olub.


Medicina.az xəbər verir ki,tətili günlərində (31.12.2025-05.01.2026-ci il tarixinə qədər) Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinə zəhərlənmə səbəbi ilə 13 müraciət daxil olub.

Müraciət edənlərdən 4-ü dərman, 1-i siçan dərmanı (rodensit), 1-i dəm qazı, 1-i yandırıcı məhlul, 6-sı isə sirkə turşusundan zəhərlənən şəxslərdir.

Zəhərlənən şəxslərə zəruri tibbi xidmətlər göstərilib, ambulator müalicə üçün evə buraxılıblar.

Ölüm faktı qeydə alınmayıb.

medicina.az


Seçilən
9
medicina.az

1Mənbələr