Marukyan vurğulayıb ki, sənəddə yeni heç nə yoxdur: daha əvvəl səsləndirilən plan: Katolikosun vəzifədən uzaqlaşdırılması, müvəqqəti rəhbərin təyin edilməsi və sonradan seçkilərin təşkili bir daha təkrarlanır. Lakin əsas məqam Paşinyanın bunu dövlət başçısı kimi etməsidir ki, bu da Ermənistan Konstitusiyasının və dini təşkilatların daxili işlərinə müdaxiləni qadağan edən Cinayət Məcəlləsinin pozulması deməkdir.
Marukyan əlavə edib ki, bu addım Paşinyanı müdafiə edənlərin "o, bunu baş nazir kimi yox, mömin kimi edir" arqumentini tamamilə sıradan çıxarır. Onun fikrincə, baş nazir bu davranışı ilə siyasi müxalifətə fürsət yaradır və müxalif qüvvələr fikir ayrılıqlarını kənara qoyaraq vahid cəbhə formalaşdırmalıdır: "Biz dövləti, kilsəni və milli kimliyimizi qorumalıyıq".