AZ

“Azərişıq”da yeni biznes - sənəsiz fərdi evlərə 3-4 min manata qanunsuz sayğac qoyulur

Media üzərindən qısa araşdırma aparmaq kifayətdir ki,  “Azərişıq” ASC-nin fəaliyyətində kifayət qədər qaranlıq məqamların olmasının şahidi olasan. İlk öncə “Azərişıq” sədrinin nəhəng biznes imperiyası barəsində çoxsaylı məlumatlara rast gəlmək mümkündür.

 Məmur maaşının yaratdığı imkanlarla tərs mütənasib olan bu nəhəng imperiyanın maliyyə qaynaqlarının haralara dayandığını biz də çox maraq edirik. Hər halda dünyanın əksər ölkələrində dövlət qulluqçularının maliyyə hesabatları təqdim etməsi ənənəsi mövcuddur. Yəqin ki, V.Əhmədovdan belə bir deklorasiya tələb olunarsa “Azərişıq” rəhbərinin də milyonları necə əldə etməsi ortaya çıxar. Ən maraqlısı da odur ki, Prezidentin yüksək etimad göstərdiyi V. Əhmədovun kabinet idarəçiliyi ASC-də ciddi nöqsanlara yol açmaqdadır. 

Paytaxt.org-a daxil olan məlumatda bildirilir ki, paytaxt və ətraf rayonlarda yeni tikilən evlərin müvafiq sənədləri olmadığı üçün qanunsuz işıq sayğaclarının qoyulması 3-4 min manata başa gəlir.

Məlumatda oda bilddirilir ki, “Azərişıq” ASC-nin yerlərdəki vəzifəliləri rəhbərliyin xeyir-duası ilə bu prosesi bir neçə günə həyata keçirə bilirlər. Bu prosedən ən çox istifadə edən qanunsuz tikinti aparıb, fərdi ev tikib satan maklerlər yararlanır. Onlara qiymət bir az baha başa gəlsə də başqa çarələrinin olmadığını deyirlər.

Bildirək ki, məsələ ilə bağlı əməkdaşlarımız paytaxtda və rayonlarda araşdırmalara başlayıb.  “Azərişıq”ın  sayğac biznesi ilə bağlı çoxsayda faktları növbəti yazılarda  işıqlandırmağa çalışacağıq.

Paytaxt.org

Günay Cəfərli






Seçilən
25
paytaxt.org

1Mənbələr