Rusiyanın Federal Gömrük Xidməti Sankt-Peterburqda Latın Amerikasından yük gəmisi ilə gətirilən 40 kq narkotik vasitənin qaçaqmalçılığının qarşısını alıb.
Bu barədə "Report" Rusiya mediasına istinadən xəbər verir.
"Federal Gömrük Xidmətinin Qaçaqmalçılıqla Mübarizə Baş İdarəsinin əməkdaşları Şimal-Qərb Əməliyyat və Baltik Gömrük İdarələri ilə birlikdə Latın Amerikasından narkotik qaçaqmalçılığının qarşısını alıblar. "Qara bazar"da dəyəri 600 milyon rubl (7,6 milyon dollardan çox - red.) olan 40 kq kokain qanunsuz dövriyyədən çıxarılıb", - məlumatda deyilir.
Xüsusilə iri miqdarda narkotik vasitələrin qaçaqmalçılığı faktı üzrə cinayət işi açılıb.