AZ

“Stratfor”dan Bakı və İrəvana ŞOK xəbərdarlıq – “Rusiya bu il…”

“Azərbaycan və Ermənistan 2025-ci il çərçivə sülh sazişinin müddəalarının icrası istiqamətində ölçülü addımlar atacaq ki, bu da onların arasında yeni müharibə riskini azaldacaq”.

Bu barədə ABŞ-ın nüfuzlu “beyin mərkəzləri”ndən olan “Stratfor” analitik mərkəzinin 2026-cı il üçün proqnozunda deyilir.

Mərkəzin qiymətləndirməsinə görə, iki ölkə arasında ticarətin tənzimlənməsi prosesi ehtiyatla irəliləyəcək:

“Tərəflər hərtərəfli iqtisadi inteqrasiya əvəzinə, məhdud ticarət əlaqələri vasitəsilə etimad qurmağa çalışacaqlar”.

Lakin qurum hesab edir ki, daxili siyasətdə Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycana guya güzəştlər edildiyi düşüncəsi və Erməni Apostol Kilsəsi ilə gərgin münasibətlər səbəbindən ictimai narazılığın artması ilə üzləşə bilər.

“Paşinyan çox güman ki, konstitusiya dəyişiklikləri üzrə referendumun keçirilməsini iyun seçkilərindən sonraya saxlayacaq. Əgər o yenidən seçilməzsə, sülh sazişi layihəsinin taleyi qeyri-müəyyən olacaq. Lakin seçkilərdən sonra hakimiyyətdə qalarsa, ABŞ və Azərbaycanla imzalanmış birgə bəyannamənin mərkəzi elementi olan “Tramp Marşrutu”nun həyata keçirilməsini prioritet edəcək”, – deyə təhlildə vurğulanır.

“Stratfor”a görə, Bakı İrandan keçən Araz dəhlizi üzrə yolun öz hissəsinin tikintisini TRIPP layihəsi ilə paralel başa çatdıracaq və eyni zamanda, TRIPP-i Ermənistanın əməkdaşlıq etmədiyi halda onu regional inteqrasiyadan kənarda saxlayan bir rıçaq və alternativ kimi qoruyub saxlayacaq.

“Rusiya TRIPP-in inkişafına meydan oxumağa çalışacaq, lakin regionda mövqelərinin zəifləməsi onun həm İrəvanın, həm də Bakının Qərbə yönəlməsinə ciddi maneələr törətmək imkanlarını məhdudlaşdıracaq”.

Musavat.com

Seçilən
92
2
editor.az

3Mənbələr