Niderland millisinin və “Mançester Siti”nin müdafiəçisi Natan Akeni heyətinə qatmaq istəyən “Yuventus”la “İnter”ə daha bir İtaliya nəhəngi qoşulub.
Fanat.Az xəbər verir ki, informasiyanı "Corriere dello Sport" yayıb.
Mənbənin məlumatına görə, "Milan" onunla müqavilə imzalamaqda maraqlıdır. Ake özü də DÇ-2026-dan klubunu dəyişmək istəyir.
Natanın transfer qiyməti 18 milyon avrodur. Müdafiəçinin "Siti" klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin yayında başa çatacaq.
Niderlandlı futbolçu bu mövsüm Premyer Liqada 10 oyun keçirib.