AZ

Məmur dövlət mülkünü öz evi HESAB EDƏ BİLƏRMİ?

Ajans.az xəbər verir ki, məsələ ilə bağlı Xətai rayon İcra Hakimiyyəti də öz mövqeyini bildirib. İcra Hakimiyyətinin açıqlaması da sərt tənqidlə qarşılanıb.   Açıqlamada bildirilib ki, “Azərbaycan Respublikasının Xalq artisti 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl münasibətilə Xətai rayonu ərazisində yerləşən Cəmşid Naxçıvanski adına Hərbi Liseyin şagirdləri üçün konsert proqramı ilə çıxış edib. Tədbirdə icra başçısı, millət vəkilləri, şəhid və qazi ailələri və digər qonaqlar iştirak ediblər. Tədbirdən öncə Ulu Öndər Heydər  Əliyevin memarı olduğu Liseyin muzeyi ziyarət olunub. İnsanın evinə qonaq gələndə onu qarşılayırlar. Minnətdarıq ki, Xalq artisti gəlib belə bir tədbirdə uşaqlarımızı sevindirdi. Burada pis nəsə yoxdur”. İcra Hakimiyyətinin açıqlamasını tənqid edən jurnalist Bəhruz Salmanbəyovun mövqeyi belə olub:  “Fikrimcə, açıqlamada yer alan "İnsanın evinə qonaq gələndə onu qarşılayırlar" cümləsi bilməyərəkdən verilib. Çünki əksi məmurun dövlət mülkünün öz şəxsi əmlakı bilməsinə işarədir. Elədirsə, "evinə" müraciətə gələn vətəndaşları, Şəhid ailələri və Qaziləri də eyni qarşılayırmı?” deyə, jurnalist açıqlayıb.  Paylaşıma şərh yazanlar da icra başçısı Rafiq Quliyevin Röyanı təntənəli qarşılamasını sərt tənqid ediblər. Hətta bəzi izləyicilər vurğulayıblar ki,  "Bu hadisə - dövlət ərkanının və protokolun pozulması, hərbi mundirin şərəfinin alçaldılması idi. Demək ki, səviyyəsi budur."
Seçilən
53
Ajans.az

1Mənbələr