AZ

İxracatı ciddi şəkildə azalan “Baku Steel Company” Gömrük Komitəsi ilə üz-üzə

“Baku Steel Company” QSC-nin gömrük qaydalarını pozduğu məlum olub.

Tribuna.az xəbər verir ki, sözügedən şirkət pozduğu qaydaya görə cərimələnə bilər. QSC İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsini pozub. Tələbi pozulan maddəyə əsasən, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə, vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.
QSC ilə bağlı iş baxılması üçün Nərimanov rayon Məhkəməsinə göndərilib. İşə 13 yanvar tarixində hakim Xalidə Əlisoyun sədrliyi ilə baxılacaq.
Yeri gəlmişkən, xatırladaq ki, 2025-ci il ərzində “Baku Steel Company” Qapalı Səhmdar Cəmiyyətinin ixracatında azalma qeydə alınıb. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin hazırladığı “İxrac İcmalı”ın hesabatına əsasən, “Baku Steel Company”nin ixrac həcmi 2024-cü ildə 56,8 milyon dollar olduğu halda, 2025-ci ildə bu göstərici 53,7 milyon dollara enib.
Məlumat üçün bildirək ki, kommersiya qurumlarının dövlət reyestrinə daxil edilən məlumatlardan şirkətin təşkilati-hüquqi formasının 2 dəfə dəyişdiyi görünür. Şirkət dövlət qeydiyyatına alındığı andan Məhdud Məsuliyyətli Cəmiyyət( MMC) kimi fəaliyyət göstərib. 2022-ci ildə isə Qapalı Səhmdara Cəmiyyətinə çevrilib.
Nizamnamə kapitalı 81 milyon manat olan şirkətin hazırkı baş direktoru Kamal İbrahimovdur.
Qarşı tərəfi dinləməyə hazırıq.
Seçilən
48
yenilik.az

1Mənbələr