AZ

Macarıstan Ukraynadakı münaqişənin 2026-cı ildə həllini gözləyir

Macarıstanın Baş naziri Viktor Orban ölkəsinin Ukraynadakı münaqişənin 2026-cı ildə nizamlanacağını və Rusiyaya qarşı tətbiq edilən sanksiyaların ləğv ediləcəyini gözlədiyini bildirib.

Editor.az xarici mediaya istinadla xəbər verir ki, Baş nazirin sözlərinə görə, Macarıstan Avropanın Rusiya nefti və təbii qazından imtina etməsini nəzərdə tutan planlara qarşı çıxacaq. O vurğulayıb ki, Avropa İttifaqı 2027-ci ilin sonunadək Rusiya enerji resurslarından tam imtina etməyi planlaşdırır:

“Biz hesab edirik ki, bu yanaşma Avropa İttifaqının əsas sazişlərini pozur. Bunun qarşısını almaq üçün mövcud olan bütün hüquqi mexanizmlərdən istifadə edəcəyik”, – deyə Orban bildirib.

Viktor Orban eyni zamanda qeyd edib ki, Budapeşt 2026-cı ildə Kiyevə maliyyə dəstəyi göstərməyəcək.

Qeyd edək ki, dekabrın 31-də Macarıstanın Baş naziri Avropa İttifaqının danışıqlar prosesindən kənarda qalmaq ehtimalına baxmayaraq, 2026-cı ildə Rusiya ilə ABŞ arasında Ukrayna məsələsi üzrə sülh sazişinin imzalana biləcəyini də istisna etmədiyini açıqlamışdı.

//Gülnarə Abasova, Editor.az

Seçilən
35
editor.az

1Mənbələr