AZ

Tramp tətiyə basdı: İran üçün geri sayım başlayıb – Xamenei üçün “son zəng” çalınacaq

2026-cı ilin ilk günləri dünya siyasətində ciddi sarsıntılarla yadda qalır. ABŞ hərbçiləri tərəfindən Venesuela prezidenti Nikolas Maduronun saxlanılması, İranda getdikcə genişlənən etirazlar, Vaşinqtondan səslənən sərt bəyanatlar və regiondan gələn narahatedici siqnallar vahid bir mənzərə yaradır. Dünya yenidən sürətli və kəskin dəyişikliklər mərhələsinə daxil olur. Bu mərhələdə köhnə siyasi balanslar davranış modellərindən daha tez sıradan çıxır.

Bu gün əsas sual isə belədir: İranda rejimin sonluğu yaxınlaşırmı?

KONKRET.az xəbər verir ki, son günlər ABŞ-ın İrana mümkün zərbəsi ilə bağlı proqnozlar demək olar ki, eyni anda səslənir.

Diqqətçəkən məqam odur ki, mümkün hərbi müdaxilənin səbəbi nə nüvə obyektləri, nə də regiondakı geosiyasi proseslərdir. Söhbət daha həssas və təhlükəli bir mövzudan, İran hakimiyyətinin öz xalqına qarşı kütləvi repressiyalarından gedir.

ABŞ prezidenti Donald Tramp açıq şəkildə bəyan edib ki, əgər İran rəhbərliyi etirazçılara qarşı öldürücü güc tətbiq etmək barədə göstəriş versə, Vaşinqton “çox güclü zərbə” endirəcək. Tramp vurğulayıb ki, ABŞ İranda baş verənləri diqqətlə izləyir və müdaxilə hüququnu özündə saxlayır.

Eyni zamanda İsraildən də narahatedici xəbərlər gəlir. İsrail rəhbərliyinə yaxın mənbələrin məlumatına görə, ölkənin hərbi-siyasi kabineti İrana qarşı yeni əməliyyat planını təsdiqləyib. “Dəmir Zərbə” kod adı daşıyan bu planın detalları məxfi saxlanılır, rəsmi təsdiqlər olmasa da, belə sızmaların özü ciddi siqnaldır. Dünya siyasətində bu cür “informasiya səs-küyü” adətən səbəbsiz yaranmır.

Bütün bu proseslər göstərir ki, Yaxın Şərqdə vəziyyət son dərəcə həssas mərhələyə qədəm qoyub. İranda baş verənlər təkcə daxili böhran deyil, eyni zamanda beynəlxalq qarşıdurma riskini də sürətlə artırır. Dünya yeni, daha təhlükəli bir mərhələnin astanasında ola bilər.

Müşviq Tofiqoğlu
KONKRET.az

Seçilən
71
1
konkret.az

2Mənbələr