AZ

Xameneyini Maduronun taleyi gözləyir?

Cebheinfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Son günlərdə İranda baş verən etiraz aksiyaları fonunda müxtəlif iddialar səsləndirilir. 

Xüsusilə gənclərin və qadınların fəallığı ilə seçilən bu aksiyalar ölkədə illərdir davam edən sosial, iqtisadi və ideoloji təzyiqlərə qarşı narazılığın artdığını göstərir.

Etirazların səbəbləri arasında həyat şəraitinin ağırlaşması, inflyasiya və rejimə qarşı inamsızlıq ön plandadır. Bu fondda bəzi mənbələrdə İranın ali dini lideri Ayətullah Əli Xameneyinin ölkəni tərk etməyə hazırlaşdığı iddia olunur. Onun etirazların kəskinləşəcəyi halda bu addımı atacağı deyilir.

Britaniya mediasında yayılan xəbərlərə əsasən, Xameneyi öz qüvvələrinin etirazları yatıra bilmədiyini və ya onların etirazçıların tərəfinə keçdiyini görsə, yaxın ətrafı ilə birgə ölkəni tərk edəcək.

Bundan başqa, ABŞ Prezidenti Donald Trampın da İrana qarşı sürpriz həmlə hazırlığında olduğu barədə fikirlər səsləndirilir. Belə ki, ABŞ-nin Venesuela Prezidenti Nikolas Maduronu ələ keçirməsindən sonra başqa ölkələrə də hərbi müdaxilə edə bilər.

Kuba, Kolumbiya, Meksika kimi ölkələrin arasında İran da var. Trampın Tehrandakı molla rejimini devirmək istədiyi, bu istiqamətdə İranı vuracağı və Xameneyinin hədəf alacağı kimi ehtimallar gündəmə gəlib.

Düzdür, hazırda bu iddialar fərziyyə kimi səslənsə də, İran daxilindəki etirazlar rejimin gələcəyi ilə bağlı suallar doğurur.

Maraqlıdır, bu iddialar nə dərəcədə həqiqətə uyğundur?

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlama verən politoloq Qulamhüseyn Əlibəyli bildirib ki, bu iddiaların reallaşması inandırıcı deyil:

“Düzdür, Donald Tramp İranı hədələyir. Lakin onun başı hələlik Latın Amerikası ölkələri ilə qarışıqdır. O, Latın Amerikası ölkələrini öz nəzarətinə götürmək istəyir.

Həmçinin, ABŞ-nin Venesuelada etdiklərini İranda təkrarlaması mümkün deyil. Çünki İranın əhalisi ABŞ-yə qarşıdır. Belə vəziyyətdə Trampın İrana hücum əmrini verməsi mümkün deyil. Sadəcə bir neçə raket zərbəsinin endirilməsi gündəmə gələ bilər”.

Ekspert hesab edir ki, ABŞ Xameneyiyə qarşı Maduro kimi əməliyyat keçirə bilməz:

“ABŞ-nin Xameneyə qarşı Maduro kimi əməliyyat həyata keçirə biləcəyini də zənn etmirəm. Nəzərə almaq lazımdır ki, İranda Amerikaya bələdçilik edən, Xameneyini satmaq istəyəcək adamlar yoxdur. Xameneyidən narazı olanlar belə ABŞ-ni sevmirlər. Yəni indiki situsiyada Amerikanın İranda hansısa əməliyyat keçirməsi mümkün deyil”.

Qulamhüseyn Əlibəylinin sözlərinə görə, Xamaneyinin İrandan qaçacağı barədə iddialar da həqiqətə uyğun görünmür:

“Ümumiyyətlə, onun qaçacaq yeri yoxdur. Bundan başqa, İranda etirazların olması təbiidir. Prezident Məsud Pezeşkian da etirazçıların müəyyən hissəsini haqlı sayır. Ona görə də etirazçılara qarşı genişmiqyaslı əməliyyatın olacağı istisna olunmur.

Çünki hüquq-mühafizə sistemi tamamilə ali dini liderin nəzarəti altındadır. Yəqin ki, ömrünü yeraltı bunkerlərdə başa vuracaq. İrandakı etirazların isə bir müddət sonra səngiyəcəyini düşünürəm”.

Elmir Mustafa

“Cebheinfo.az”

Açar sözlər:

Maduro Xamanei Qulamhüseyn Əlibəyli

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
62
1
cebheinfo.az

2Mənbələr