AZ

2026-cı ildə ən böyük arzusu Prezidentlə görüşməkdir

Tanınmış idmançı və sosial media ulduzu Şükran Soltanov 2026-cı illə bağlı arzularını açıqlayıb.

Azərbaycan 24 xəbər verir ki, idmançı ən böyük arzusunun Prezident İlham Əliyevlə görüşmək olduğunu bildirib. Daha sonrakı yerlərdə isə övlad sahibi olmaq və daha da məşhurlaşmaq istəyini dilə gətirib.

Qeyd edək ki, ulduz idmançı vaxtaşırı Prezident ailəsinin üzvləri ilə eyni tədbirlərdə görünür. Xüsusilə, Prezidentin qızları, nəvələri və Emin Ağalarovla birgə müxtəlif mərasimlərdə, açılışlarda yer alan Soltanova hələki İlham Əliyevlə görüş qismət olmayıb.Görünür, bu səbəbdən də idmançı bu ilin arzularında ilk yerə məhz dövlət başçısının adını qeyd edib.

Seçilən
23
millitv.net

1Mənbələr