AZ

Rusiya gəmisi buzda ilişib qaldı

Rusiyanın Çukotka vilayətində bir gəmi buzda ilişib qalıb, lakin heyət üzvləri təhlükədə deyil.

Publika.az “RİA Novosti” agentliyinə istinadla bildirir ki, bu barədə Uzaq Şərq Nəqliyyat Prokurorluğu məlumat yayıb.

Bildirilir ki, gəmi yerli sakinlər üçün kömür daşıyırmış.

4 yanvar 2026-cı ildə gəmi Berinq dənizində, Berinqovski kəndi (Çukotka Muxtar Dairəsi) yaxınlığında buzda ilişib qalıb. Ekipajın təhlükəsizliyi və sağlamlığı üçün heç bir təhlükə olmadığı vurğulanır. Çarter şirkəti hazırda yedəkləmənin təşkili üçün tədbirlər görür.

“Gəmi yerli Xatırka kəndinə kömür daşıyırdı və onu boşaltdıqdan sonra geri qayıdırdı”, - deyə Uzaq Şərq Nəqliyyat Prokurorluğunun nümayəndəsi agentliyə bildirib.

Seçilən
99
publika.az

1Mənbələr