Salyan şəhərində 11 yaşlı uşaq xəstəxanada ölüb. 2015-ci il təvəllüdlü E.N. yüksək hərarət şikayəti ilə tibb müəssisəsinə yerləşdirilib. Bu barədə APA məlumat yayıb.
Məlumata əsasən, azyaşlıya inyeksiya olunduqdan sonra anafilaktik şok baş verib və onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.