AZ

Bakı klubu hazırlığa legionersiz başlayır - SƏBƏB

I Liqada çıxış edən "Səbail" sabahdan mövsümün ikinci yarısının hazırlıqlarına başlayacaq. 

Fanat.Az-ın əldə etdiyi məlumata görə, paytaxt təmsilçisi toplanışa tam heyətlə start verə bilməyəcək.

12 günlük istirahətdən qayıdacaq yerli futbolçulardan fərqli olaraq, legionerlər həftə sonuna kimi yubanacaqlar. Braziliyalı yarımmüdafiəçilər Afonso Almeyda ilə Paulo
Rikardo, malili Mohamed Sako, qanalı Mustafa Yakubu və iranlı Əli Babayi yanvarın 9-dan etibarən komandanın düşərgəsinə təşrif buyuracaqlar. 

Bakıda bir araya gələcək "dənizçilər" on günlük ilkin çalışmaların ardından yoxlama oyunları keçirəcək. Üç sınaq matçı planlaşdırılır: yanvarın 16-na, 22-nə və 28-nə. Rəqiblərin kimliyi yaxın 2 gün ərzində bəlli olacaq. 

Qeyd edək ki, "Səbail" 12 turdan sonra 22 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.

Mirağa

Seçilən
6
2
fanat.az

3Mənbələr