AZ

Kremlçi kilsə iqamətgahından sərt bəyanat: Paşinyan konstitusiyanı və kilsəni...

Erməni Apostol Kilsəsinin Katolikos iqamətgahından yayılan rəsmi bəyanatda baş nazir Nikol Paşinyanın "kilsədaxili həyatın tənzimlənməsi və yenilənməsi" adı altında atdığı addımların ölkə Konstitusiyasına zidd olduğu bildirilib.

Musavat.com xəbər verir ki, bəyanatda hökumət başçısının bu cür müdaxilələrinin kilsənin hüquqlarını pozduğu vurğulanır.

Qeyd olunur ki, sözügedən hüquqlar təkcə Ermənistan qanunvericiliyi ilə deyil, həm də beynəlxalq hüquq normaları ilə qorunur. Katolikos iqamətgahı hesab edir ki, icra hakimiyyətinin dini institutların daxili işlərinə qarışması hüquqi dövlət prinsipləri ilə uzlaşmır və kilsə-dövlət münasibətlərində təhlükəli presedent yaradır.

Bəyanatda vurğulanır ki, kilsənin daxili həyatının "yenilənməsi" bəhanəsi ilə aparılan siyasət əslində dini azadlıqların məhdudlaşdırılmasına gətirib çıxara bilər və bu, cəmiyyətdə yeni gərginlik dalğası yaradır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
8
olaylar.az

1Mənbələr