“Leççe”nin müdafiəçisi Tiaqo Qabriel Avropanın Top-klublarının diqqət mərkəzinə düşüb.
Msport.az xəbər verir ki, 21 yaşlı futbolçunun çıxışını “Barselona” və “Bavariya” yaxından izləyir.
Bundan əlavə, müdafiəçi Səudiyyə Ərəbistanının “Neom” klubunun da maraq dairəsindədir. “Leççe” rəhbərliyi isə portuqaliyalı futbolçunu qış transfer pəncərəsində satmaq niyyətində deyil və onu ən azı mövsümün sonuna qədər komandada saxlamaq istəyir. İtaliya klubu yalnız olduqca sərfəli, yüksək məbləğli təklif daxil olacağı halda mövqeyini dəyişə bilər.
Qeyd edək ki, Qabriel cari mövsümdə A Seriyasında “Leççe”nin heyətində 17 oyuna çıxıb və 1 qol vurub.