“Kolumbiya da çox xəstədir. Bi ölkəni kokain istehsal edib ABŞ-yə satmağı sevən xəstə adam idarə edir və o, uzun müddət bununla məşğul ola bilməz”,- Donald Tramp vurğulayıb.
Onun sözlərinə görə, ABŞ-nin məqsədi “ətrafda neftin sərbəst şəkildə çıxarıla biləcəyi həyat qabiliyyətli və uğurlu ölkələrə sahib olmaqdır”.Bu, ABŞ üçün yaxşıdır, çünki qiymətləri aşağı salır.
Trampdan bunun Kolumbiyaya qarşı əməliyyatın mümkünlüyünə zəmin yaradıb-yaratmayacağını o,“Pis səslənmir”cavabını verib.
Meksika haqqında danışan Tramp ölkədəki vəziyyəti yenidən narkotik ticarəti problemi ilə əlaqələndirərək, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizədə irəliləyiş olmadığı təqdirdə ABŞ-nin Meksika hakimiyyətinə təzyiqlərini artıra biləcəyinə eyham vurub.
![]() |
| Rodriqes ritorikasını dəişir| Trampa əməkdaşlıq təklif edir |
- Birləşmiş Ştatlar vəziyyəti diqqətlə izləyir və nümayişlər zorakılıqla yatırılacağı təqdirdə sərt cavab verməyə hazırdır. Əgər keçmişdə olduğu kimi insanları öldürməyə başlasalar, ABŞ-dən çox sərt zərbə alacaqlar”, - Ağ Evin rəhbəri xəbərdarlıq edib.
ABŞ-nin ittihamları fonunda Kolumbiya prezidenti Qustavo Petro Vaşinqtonun onun ölkəsinin daxili işlərinə qarışmaq cəhdləri təqdirində Boqotanın cavab verməyə hazır olduğunu bildirib.
Xatırladaq ki, yanvarın 3-də Venesuelaya zərbə endirən ABŞ ölkə prezidenti Nikolas Maduronu və onun həyat yoldaşı Siliya Floresi əsir götürərək mühakimə olunmaq üçün ABŞ-yə gətirib. Baş prokuror Pam Bondi Maduro və onun həyat yoldaşının “narkoterrorizm”, silah saxlama və narkotik qaçaqmalçılığı ilə bağlı ittihamlar əsasındaABŞ-də mühakimə olunacaqlarını açıqlayıb.
Maraqlıdır ki, əvəvlcə Vaşinqtonun hərəkətlərinə qarşı sərt reaksiya verən Venesuelanın vitse-prezidenti və hazırda prezident səlahiyyətlərini yerinə yetirən Delsi Rodriqesin Donald Trampa əməkdaşlıq təklif etdiyi bildirilir.
Sahil İsgəndərov
AzVision.az
