ain.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Paytaxtın Nərimanov rayonu, Möhsün Sənani küçəsində qayda pozan sürücü görüntülənib.
Avtosfer.az-ın “İnstagram” ünvanına göndərilən fotoşəkillərdən görünür ki, 99-MD-200 dövlət nömrəli “Land Rover” markalı avtomobilin sürücüsü parklanma qaydasını pozub. Belə ki, avtomobili parklanma yerində dayanma-durma qaydalarına uyğun olmayan formada saxlayaraq iki avtomobilin yerini zəbt edib, nəticədə ərazidə maşın saxlamaq istəyən digər sürücülərə əngəl yaradıb. Şikayətçi əlavə edib ki, qayda pozan sürücü hadisə yerində olmayıb.
Qeyd edək ki, parklanma üsulunun pozulması yalnız digər sürücülərə mane olmaqla kifayətlənmir, həm də yol hərəkətinin təhlükəsizliyini təhlükə altına qoyur.
Nərmin



Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.