BAKI, 5 yanvar. TELEQRAF
Ağstafa rayonunun Qırılı kəndində ümumi sahəsi 320 m² (hər mərtəbəsi 160 m²) olan ikimərtəbəli 7 otaqlı evin 1-ci mərtəbəsində mətbəxin tavanı 12 m² sahədə və 2-ci mərtəbəsində bir otağın döşəməsi 2 m² sahədə yanıb.
Bu barədə Teleqraf-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.