AZ

Reşford tezliklə “Mançester Yunayted”ə qayıda bilər

BAKI, 5 yanvar. TELEQRAF

“Mançester Yunayted”in icarə əsasında “Barselona”da çıxış edən futbolçusu Markus Reşford yaxın zamanda İngiltərə klubuna geri qayıda bilər.

Teleqraf İspaniya mətbuatına istinadən xəbər verir ki, Ruben Amorimin gedişi 28 yaşlı oyunçunun dönüşünü sürətləndirə bilər.

Reşfordun Mançester təmsilçisi ilə müqaviləsi 2028-ci ilə qədər qüvvədədir. “Barselona”nın satınalma opsiyasını aktivləşdirməyəcəyi təqdirdə “Mançester Yunayted” Reşfordun geri qayıtmasında israrlı ola bilər.

“Barselona” isə futbolçunu yalnız maliyyə şərtləri uyğun olacağı halda heyətdə saxlamağı planlaşdırır. Kataloniya klubunun rəhbərliyi hazırda 40 milyon avro məbləğinin ödənilməsini real hesab etmir.

Xatırladaq ki, Reşford 2025-ci ilin yayında əsas komandadan uzaqlaşdırılmış, əvvəlcə “Aston Villa”ya icarəyə verilmişdi. Daha sonra isə o, 40 milyon avroluq satınalma opsiyası ilə “Barselona”ya keçmişdi.

Seçilən
75
teleqraf.com

1Mənbələr