AZ

"Xəyanətkarların kim olduğunu tarix göstərəcək" - Maduronun oğlu

ABŞ tərəfindən saxlanılan Venesuela Prezidenti Nikolas Maduronun oğlu Nikolas Maduro Guerra ortaya çıxıb. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, onlayn yayımlanan səs yazısında çıxış edən Maduro Guerra, baş verənlərin məsuliyyətini daşıyan şəxslərin tarix qarşısında ifşa olunacağını bildirib.

Onun açıqlamaları Maduronun ətrafında formalaşan “Çavismo” hərəkatı daxilində daxili parçalanmaların ola biləcəyinə işarə edib.

"Xəyanət edənlərin kim olduğunu tarix göstərəcək. Tarix bunu mütləq üzə çıxaracaq",- deyə o vurğulayıb.

La Guaira ştatından deputat olan Maduro Guerra bununla da tərəfdarlarını birliyə səsləyib. Guerra eyni zamanda “xarici hücum”a qarşı daha güclü siyasi və hərbi koordinasiyanın zəruri olduğunu bildirib. 

Gülayə Mecid 

 

 
 

Seçilən
86
2
unikal.az

3Mənbələr