XVİ əsrin məşhur astroloqu Mişel de Nostradamus yenidən diqqət mərkəzinə düşüb. Daily Mail qəzetinin məlumatına görə, tədqiqatçılar onun bəzi rübailərinin 2026-cı ildə böyük siyasi hadisələrə və qlobal gərginliyin artmasına işarə edə biləcəyini iddia edirlər.
11 sentyabr 2001-ci il terror hücumlarını və COVID-19 pandemiyasını proqnozlaşdırdığı ilə tanınan Nostradamus, 1555-ci ildə “Peyğəmbərliklər” kitabını nəşr etdirib. Kitabda Latın və Qədim Fransız dillərinin qarışığı ilə yazılmış 942 rübai yer alır ki, bu da müxtəlif şərhlərə imkan yaradır.
Mətndə nadir hallarda konkret illər qeyd olunsa da, son şərhlər 26-cı rübaini 2026-cı il ilə əlaqələndirir. Tədqiqatçılar I:26 dördlüyündəki “Böyük bir arı sürüsü yüksələcək…” sözlərini təhlil edərək hesab edirlər ki, burada “arılar” hökməti və ya nüfuzlu siyasi fiqurları simvolizə edə bilər.
Nostradamusun proqnozları hər zaman mübahisələrə səbəb olub, lakin tədqiqatçılar 2026-cı il üçün bu rübainin dünya siyasi xəritəsinə dair vacib işarələr daşıya biləcəyini bildirirlər.