AZ

Yunanıstanda uçuş böhranı: istintaq başladıldı

Yunanıstanda uçuş böhranı: istintaq başladıldı

Yunanıstandakı hava limanlarında dünən gün ərzində uçuşların ləğvinə səbəb olan texniki nasazlıqla bağlı prokurorluğun istintaqa başladığı bildirilib.

Yunanıstan Dövlət Televiziyası ERT-in məlumatına görə, Afina Baş Prokuroru Aristidis Korias hava limanlarında uçuşların ləğvinə səbəb olan texniki nasazlığın araşdırılması məqsədilə təcili istintaq başladıb.

Elektron Cinayətlər İdarəsi tərəfindən aparılacaq istintaq çərçivəsində təyyarələrin rabitə sistemlərinə təhlükəli müdaxilə olub-olmadığı araşdırılacaq. Belə bir halın təsdiqlənəcəyi təqdirdə demək olar ki, bütün Yunanıstan hava məkanına təsir edən problemin mənbəyi müəyyən ediləcək.

Dünənki nasazlıq səbəbindən ləğv edilən reyslərin yığılması nəticəsində uçuşlardakı gecikmələr davam edir.

Yunanıstan Hava Hərəkəti Xidmətlərinin tezliklərində dünən səhər saatlarında baş verən texniki nasazlıq səbəbilə gün ərzində planlaşdırılan uçuşlar həyata keçirilə bilməmiş, onlarla reys ləğv edilmişdi.

Yunanıstan Mülki Aviasiya İdarəsi (IPA) uçuşlarda pozulmalara səbəb olan nasazlığın Yunanıstan hava məkanını (FIR Afina) əhatə edən tezliklərdə genişmiqyaslı müdaxilələrdən qaynaqlandığını açıqlamışdı.

IPA-nın yazılı bəyanatında bildirilib ki, dünən saat 08:59-da FIR Afina ərazisində xidmət göstərən demək olar ki, bütün radio tezliklərində eyni vaxtda və davamlı müdaxilələr qeydə alınıb.

Eyni zamanda hava hərəkətinin idarə edilməsində istifadə olunan xüsusi rabitə xətləri və əməliyyat telefon xətlərində də kəsinti yaşandığı qeyd edilib.

Hadisənin miqyası, coğrafi yayılması və davametmə müddəti baxımından indiyədək görünməmiş xarakter daşıdığı, tezliklərdə müşahidə olunan müdaxilənin davamlı və istənilməyən yayım formasında ortaya çıxdığı vurğulanıb.

Afinadakı Elefterios Venizelos Hava Limanından gecə saatlarında yayımlanan açıqlamada isə nasazlığın aradan qaldırıldığı bildirilib.

Seçilən
38
afn.az

1Mənbələr