AZ

İnvestorların Venesuela neftinə marağı artıb - FT

Financial Times (FT) sənayedəki mənbəyə istinadən yazır ki, Amerikanın nəhəng neft şirkətləri "ExxonMobil", "Chevron" və "ConocoPhillips" rəhbərləri Tramp administrasiyasının Venesuela prezidenti Nikolas Maduronu devirmək planlarından xəbərdar olmayıblar.

"Yeni Sabah" xəbər verir ki, mənbə qəzetə deyib: “Venesuelaya sərmayə qoyacaq kapitalı və təcrübəsi olan sənaye oyunçularından heç biri nə Maduronun devrilməsindən əvvəl, nə də prezident Tramp [Venesuellanın neft sənayesinin yenidən qurulması ilə bağlı] bəyanatlar verməzdən əvvəl məsləhətləşmələr aparıb".

"Amos Global Energy Management"in rəhbəri Əli Moşiri FT-yə bildirib ki, o, Venesueladakı neft layihələrinə 2 milyard dollar investisiya cəlb etmək niyyətindədir:

"Biz bu sıçrayışı gözləyirdik; özəl investorlara 2 milyard dollarlıq təklifimiz hazırdır və investisiya hədəfləri müəyyənləşdirilib. Son 24 saat ərzində mənə təxminən on potensial investordan zənglər gəlib. Venesuelaya maraq sıfırdan 99 faizə yüksəlib”.

ABŞ-nin sanksiyaları ləğv edilərsə, Avropa şirkətlərinin, o cümlədən İspaniyanın "Repsol" və İtaliyanın "Eni" şirkətlərinin də investisiya layihələrinə qoşula biləcəyini vurğulayıb.

Xatırladaq ki, bundan əvvəl “The Daily Telegraph” Britaniyanın neft və qaz nəhəngləri “Shell” və BP-nin Venesueladakı əməliyyatlarına qayıda biləcəyini yazıb.


Telegram kanalımız
Seçilən
107
yenisabah.az

1Mənbələr