AZ

Ali Məhkəmə həbsdəki jurnalistin cəzasını azaltdı

ain.az, Gununsesi portalına istinadən məlumat verir.

Jurnalist Arzu Sayadoğlunun kassasiya şikayətinə baxılıb. 

Onun atası Sayad Məmmədovun Gununsesi.info-ya verdiyi məlumata görə, Arzu Sayadoğlunun cəzası bir il azaldılıb.

“Biz gözləyirdik ki, Arzu azad ediləcək. Ancaq belə olmadı. Yenə də inanırıq ki, Prezident İlham Əliyev qarşıdakı əfv sərəncamlarının birində onun gəncliyini, yaşlı valideynlərinin durumunu nəzərə alaraq azadlığa buraxacaq”, – o bildirib.

Qeyd edək ki, A.Sayadoğlu Cinayət Məcəlləsinin 182.2.4-cü (hədə-qorxu ilə tələb etmə, xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddəsi ilə təqsirli bilinib.

Ona bu maddə ilə Gəncə Ağır Cinayətlər Məhkəməsində 7 il azadlıqdan məhrum edilmə cəzası kəsilib.

Elmar

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
50
icma.az

1Mənbələr