
Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev ABŞ-nin Venesuela Prezidenti Nikolas Maduronu saxlamasından sonra Almaniya kansleri Fridrix Merzin də qaçırılmasının təəccübləndirməyəcəyini bildirib.
Medvedev ABŞ-nin Maduronun saxlanılması ilə nəticələnən hərbi əməliyyatı ilə bağlı Rusiya xəbər agentliyi TASS-a açıqlama verib.
Merz üçün “neo-nasist” bənzətməsindən istifadə edən Medvedev “Merzin qaçırılması bu karnavalda mükəmməl bir süjet dəyişikliyi ola bilər. Bu mərhələdə bizi təəccübləndirəcək çox da bir şey qalmayıb”, – deyə bildirib.
Medvedev bu ehtimalda müəyyən həqiqət payı olduğunu iddia edərək, “Hətta Almaniyada belə onu mühakimə etmək üçün əsaslar var və buna görə də bunun heç bir zərəri olmaz, xüsusilə də vətəndaşlar əsassız yerə əziyyət çəkirlərsə”, – deyə qeyd edib.