AZ

Juan Kanselu "Əl-Hilal"dan ayrıla bilər - FOTO

Portuqaliya millisinin futbolçusu Juan Kanselu "Əl-Hilal" klubundan ayrılmaq istəyir.

"Cebheinfo.az"  Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat paylaşıb.

Belə ki, "İnter" klubu "Əl-Hilal" tərəfinə müdafiəçisi Françesko Açerbi ilə Kanselunu başabaş dəyişmək təklifini irəli sürüb.

"Barselona" klubu da 31 yaşlı cinah müdafiəçini transfer etmək istəyir. O bu həftə gələcək karyerası barədə qərar verəcək.

Qeyd edək ki, Juan Kanselu 2024-cü ilin yayından "Əl-Hilal"da çıxış edirdi.

"Cebheinfo.az"

Seçilən
19
cebheinfo.az

1Mənbələr