AZ

Amorimin mümkün əvəzediciləri müəyyənləşdi

BAKI, 5 yanvar. TELEQRAF

İngiltərənin "Mançester Yunayted" klubunda istefaya göndərilən baş məşqçi Ruben Amorimin mümkün əvəzediciləri müəyyənləşib.

Teleqraf "Independent" nəşrinə istinadən xəbər verir ki, Mançester təmsilçisinin bu posta əsas namizədi Premyer Liqanın digər komandası "Kristal Pelas"ın çalışdırıcısı Oliver Qlasnerdir.

Digər namizədlər arasında isə "Çelsi"dən qovulan Enso Mareska ilə "İpsviç"in hazırkı baş məşqçisi Kiran Makkena da var.

Bundan əlavə hazırda Almaniya millisinə rəhbərlik edən Yulian Naqelsmanın da "Mançester Yunayted"ə keçə biləcəyi bildirilir.

Qeyd edək ki, "Mançester Yunayted" İngiltərə Premyer Liqasının 20 turundan sonra 31 xalla 6-cı pillədə qərarlaşıb.

Seçilən
18
teleqraf.com

1Mənbələr