Müstəqil Dövlətlər Birliyinin (MDB) Daxili İşlər Nazirləri Şurasının növbəti iclası 2026-cı ildə Düşənbədə keçiriləcək.
"Yeni Sabah" xəbər verir ki, bu barədə Tacikistan DİN-in mətbuat mərkəzi məlumat yayıb.
İclasda MDB ölkələrinin daxili işlər nazirlikləri arasında prioritet əməkdaşlıq perspektivlərinin, cinayətkarlıqla mübarizə üzrə dövlətlərarası proqramların həyata keçirilməsinin və Birlik ölkələrinin qurumları arasında əməkdaşlığın digər müvafiq aspektlərinin müzakirəsi planlaşdırılır.
2025-ci ildə Sankt-Peterburqda MDB-nin Daxili İşlər Nazirləri Şurasının iclası keçirilib.
MDB-yə Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya və Tacikistan daxildir.
Telegram kanalımız