AZ

Zelenski Ukrayna Təhlükəsizlik Xidmətinə yeni rəhbər TƏYİN ETDİ – FOTO

Ukrayna prezidenti Volodimir Zelenski Yevgeniy Xmaranı Ukrayna Təhlükəsizlik Xidmətinə yeni rəhbər təyin edib.

Bizim.Media xəbər verir ki, bu barədə Zelenski “Telegram” kanalında məlumat verib.
 

“Ukrayna Təhlükəsizlik Xidmətinin "A" Xüsusi Əməliyyatlar Mərkəzinin rəisi Yevgeni Xmara ilə görüşdüm. Yevgeni və bütün xüsusi təyinatlı qüvvələrimizin əsgərlərinə müharibə dövründə son dərəcə vacib döyüş tapşırıqlarını yerinə yetirdiklərinə görə minnətdaram. 


Ukraynanın müdafiəsində lazımi nəticələr əldə edirik və bunu təmin edən bütün əsgərlərimiz ən böyük hörmətə, minnətdarlığa layiqdirlər. Ukrayna xüsusi təyinatlı qüvvələrinin və SBU-nun "A" Xüsusi Əməliyyatlar Mərkəzinin təcrübəsini genişləndirəcəyik. Bu gün Yevgeni ilə Ukrayna Təhlükəsizlik Xidmətinin və hazırda hazırladığımız xüsusi əməliyyatların sistemli inkişafı üçün digər imkanları da müzakirə etdik. Ukraynaya eşq olsun!”, - deyə Zelenski yazıb.

Qeyd edək ki, Xmara bundan əvvəl Ukrayna Təhlükəsizlik Xidmətinin “A” xüsusi əməliyyat mərkəzinin rəisi vəzifəsində çalışıb.

Xatırladaq ki, Vasili Malyuk Ukraynanın Təhlükəsizlik Xidmətinin (SBU) rəhbəri vəzifəsindən istefa verdiyini açıqlayıb.


Bizim.Media

Seçilən
68
bizim.media

1Mənbələr