AZ

Salyanda 11 yaşlı uşaq iynədən şoka düşərək ölüb - YENİLƏNİB

Dünən saat 17:30 radələrində 2015-ci il təvəllüdlü şəxs (kişi) ağır vəziyyətdə Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Bu barədə APA-nın sorğusuna cavab olaraq, Salyan Rayon Mərkəzi Xəstəxanasınıdan məlumat verilib.

"Dəqiqləşdirilməmiş hiperqlikemiya diaqnozu ilə azyaşlıya zəruri tibbi xidmətlər göstərilib. Aparılan reanimasiya tədbirlərinə baxmayaraq, 05.01.2026-cı il tarixində saat 04:00 radələrində pasiyentin bioloji ölüm faktı qeydə alınıb. Ölümünə ilkin səbəb kimi hipotoniya qeyd olunub. Meyit təşrih olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Salyan rayon şöbəsinə təhvil verilib", deyə məlumatda qeyd olunub.

Gülcahan Məmmədova

***

15.42

Salyanda 11 yaşlı uşaq inyeksiyadan şoka düşərək ölüb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Salyan şəhər sakini 2015-ci il təvəllüdlü E.N. yüksək hərarətlə xəstəxanaya daxil olub. Azyaşlının xəstəxanada inyeksiyadan şoka düşərək öldüyü bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
56
2
apa.az

10Mənbələr