AZ

Ötən il Türkiyə müdafiə sənayesinin ixracı 10 milyard dollardan çox olub

Türkiyə İxrcatçılar Məclisi (TİM) müdafiə və aviasiya sənayesi sektorunun 2025-ci ilin dekabr ayında ixrac etdiyi məhsulların dəyərini açıqlayıb.

“Poliqon” TİM-ə istinadən xəbər verir ki, Türkiyənin müdafiə və aviasiya sənayesi şirkətləri ötən ilin dekabrında 2.5 milyard ABŞ dolları dəyərində məhsul ixrac edib.

2024-cü ilin eyni dövrü ilə müqayisədə (997.5 milyon ABŞ dolları) 2025-ci ilin dekabr ayında ixrac olunan məhsulların dəyəri təxminən 2.5 dəfə artıb.

Beləliklə, 2025-ci il ərzində Türkiyənin müdafiə və aviasiya sənayesi sektoru tərəfindən ümumilikdə 10.5 milyard ABŞ dolları dəyərində məhsul ixrac edilib. Bu, Türkiyə müdafiə sənayesinin tarixində rekord ixrac göstəricisidir.

Seçilən
16
poliqon.az

1Mənbələr