Bakı.Trend:
Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, baş naziri vəDubayın hakimi Şeyx Muhamməd bin Raşid Al Maktum tərəfindən təsisedilən Muhammed Bin Raşid Al Maktum Qlobal Su Mükafatının 5-cidövrü üçün müraciət prosesi elan olunub.
Mükafat su qıtlığına davamlı həllərin tapılmasını təşviq etməkməqsədi daşıyır və ümumi mükafat fondu 1 milyon ABŞ dolları təşkiledir. Müraciətlər üçün son tarix 30 aprel 2026-cı il olaraq müəyyənedilib.
Mükafat bərpa olunan enerji mənbələrindən istifadə etməklə suyunistehsalı, paylanması, saxlanması, monitorinqi, duzsuzlaşdırılmasıvə təmizlənməsi sahəsində innovativ texnologiyaların tədqiqatı vəinkişafını dəstəkləyir. Layihə eyni zamanda yoxsulluqdan və təbiifəlakətlərdən əziyyət çəkən icmaların üzləşdiyi su problemlərininhəllinə töhfə verməklə, Birləşmiş Ərəb Əmirliklərinin qlobalhumanitar və innovasiya sahəsində mövqeyini gücləndirməyihədəfləyir.
İki ildən bir keçirilən mükafat proqramı çərçivəsində indiyədəkkeçirilmiş dörd dövrdə dünyanın müxtəlif ölkələrindən 43 müraciətçi— fərdlər, qabaqcıl şirkətlər və tədqiqat mərkəzləri - bərpa olunanenerji əsasında təmiz su istehsalına yönəlmiş innovativ modellərinəgörə mükafatlandırılıb.
Mükafatın 5-ci dövrü üçün müraciətlər günəş, külək, okean,biokütlə, duzluluq qradiyenti və geotermal kimi bərpa olunan enerjimənbələrinə əsaslanan layihələri əhatə edir.
Proqram çərçivəsində aşağıdakı kateqoriyalar üzrə mükafatlartəqdim olunur:
İnnovativ Layihələr Mükafatı
Böyük Layihələr Mükafatı
Kiçik Layihələr Mükafatı
İnnovativ Tədqiqat və İnkişaf Mükafatı
Milli Təşkilatlar Mükafatı
Beynəlxalq Təşkilatlar Mükafatı
İnnovativ Fərdi Şəxs Mükafatı
Fərqlənmiş Tədqiqatçı Mükafatı
Gənclər Mükafatı
İnnovativ Böhran Həlləri Mükafatı
Təşkilatçılar bütün dünyadan şirkətləri, tədqiqat mərkəzlərini,institutları, innovatorları və gəncləri mükafatın 5-ci dövrünəmüraciət etməyə çağırır.
Ətraflı məlumat və müraciət üçün:www.mbrwateraward.ae/awards
Sorğular üçün e-poçt: [email protected]