sport24.az saytından verilən məlumata görə, ain.az xəbər verir.
Ukrayna Prezidenti Vladimir Zelenski Böyük Britaniyanın Baş naziri Kir Starmerlə söhbəti zamanı "Çelsi" futbol klubunun satışından əldə edilən dondurulmuş vəsaitlər məsələsi müzakirə olunub. Sport24.az xəbər verir ki, bu barədə Zelenski özünün Telegram kanalında yazıb:
"Biz Kir ilə "Çelsi" futbol klubunun satışından əldə edilən dondurulmuş vəsaitlər məsələsinin ədalətli həllinə ehtiyac olduğunu müzakirə etdik. Bu, təxminən iki yarım milyard funt sterlinq deməkdir ki, bu da Ukraynaya kömək edə bilər və etməlidir".
Qeyd edək ki, Roman Abramoviç 2022-ci ildə Britaniya hökumətindən bütün gəlirlərin Ukraynadakı hadisələrin qurbanlarına dəstək olmaq üçün istifadə edilməsi şərti ilə "Çelsi"ni satışına icazə alıb. Lakin hüquqi nüanslar, xüsusən də vəsaitlərin yalnız Ukrayna vətəndaşlarına köçürülüb-köçürülməyəcəyi məsələsi səbəbindən vəsaitlər dondurulmuş olaraq qalır.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.