AZ

Qarlı Ağsu dolaylarında “VAZ”la “hoqqa” verən sürücü az qala qəzaya düşəcəkdi VİDEO

ain.az bildirir, Avtosfer portalına istinadən.

Ağsu dolaylarında yol hərəkəti qaydalarını kobud şəkildə pozan sürücü videosunu sosial şəbəkə hesabında paylaşıb. 

Avtosfer.az-ın məlumatına görə, hadisə bir neçə gün əvvəl səhər saatlarında qeydə alınıb. Videodan göründüyü kimi, 77-ER-059 dövlət nömrə nişanlı “VAZ-2107” markalı avtomobilin sürücüsü qarlı hava şəraitində bütöv xəttin tələbini pozaraq əks istiqamətli yola çıxıb. Bu zaman o, qarşı tərəfdən gələn “Toyota” markalı avtomobili təhlükəyə atıb və onunla toqquşmaqdan son anda yayınıb. 

Qeyd edək ki, qarlı və buzlu yollarda bu cür “şou” xarakterli, riskli manevrlər avtomobilin idarəetmədən çıxmasına, əyləc məsafəsinin uzanmasına və ağır yol-nəqliyyat hadisələrinə səbəb ola bilər. Xüsusilə bütöv xəttin pozulması sürücünü qarşıdan gələn nəqliyyatla üz-üzə qoyur və belə hallarda saniyələr insan həyatını həll edir. Yol hərəkəti iştirakçıları qış şəraitində sürət həddinə və yol nişanlarının tələblərinə ciddi əməl etməlidirlər.

Nərmin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
49
avtosfer.az

1Mənbələr