İsveçrə Venesuela prezidenti Nikolas Maduronun və ona yaxın şəxslərin aktivlərini dondurub.
"Yeni Sabah" xəbər verir ki, bunu ölkənin Federal Şurası elan edib.
Sənəddə qeyd edilir ki, “Federal Şura bununla da aktivlərin geri alınmasının qarşısını almağa çalışır”.
Bununla belə, aktivlərin dondurulması Venesuelanın hazırkı hökumətinin üzvlərinə şamil edilmir.
Sənəddə deyilir: "Əgər gələcək məhkəmə prosesləri vəsaitlərin qanunsuz əldə edildiyini müəyyən edərsə, İsveçrə bu vəsaitlərin Venesuela xalqına fayda verməsini təmin etməyə çalışacaq".
Yanvarın 3-də ABŞ Venesuelaya qarşı bir sıra hava hücumları həyata keçirib, ardınca Maduronu və xanımını əsir götürərək ABŞ-yə qaçırılıb.
Maduronun 25 il ərzində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı fəaliyyətləri də daxil olmaqla dörd ittihamla üzləşəcəyi gözlənilir. Keçmiş prezidenti bir neçə ömürlük həbs cəzası gözləyir.
Telegram kanalımız