Demokrat.az saytından verilən məlumata görə, ain.az xəbər verir.
Bakının Pirallahı rayonunda 53 yaşlı kişi qeyri-rəsmi münasibətdə olduğu qadına xəsarət yetirib. Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə rayonunun Pirallahı qəsəbəsi, Xəzər yanı küçəsində yerləşən evlərdən birində baş verib. Cəlilabad rayon sakini, 1972-ci il təvəllüdlü Məhəmməd yaşadığı evin qonaq otağında və evin həyətində qeyri-rəsmi yaşadığı Zəminə (adlar şərtidir – red.) ilə mübahisə edib. Aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı qadının baş və bədən nahiyəsinə yumruq, təpik zərbəsi ilə qəsdən vurub. Hadisəni törədən Məhəmmədin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. İş üzrə ifadə verən Məhəmməd ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Zəminə ilə 4 ildir qeyri-rəsmi ər-arvad kimi yaşayırlar: “Hadisə günü, saat 21.00-da sərxoş vəziyyətdə Zəminənin yaşadığı ünvana getdim. Ac olduğum üçün ondan yemək istədim. Zəminə mənə yemək verdi. Mən yemək yeyəndən sonra Zəminə mənə az içməyimi bildirən zaman aramızda söz mübahisəsi yarandı. Mübahisə zamanı Zəminəni itələdim”.
İş üzrə zərərçəkmiş Zəminənin sözlərinə görə, Məhəmməd ilə 4 ildir bir yerdə qeyri-rəsmi ər-arvad kimi yaşayıb: “Məhəmməd mütəmadi olaraq spirtli içki qəbul edir. Hadisə günü, saat 21.00-da sərxoş vəziyyətdə yaşadığım evə gəldi. Ac olduğunu bildirdi, yemək istədi. Mən bişirdiyim yeməkdən gətirərək onun qarşısına qoydum. Məhəmməd yemək yeyəndən sonra ona spirtli içki içməməsini bildirdim. Məhəmməd əsəbi halda məni söyüb təhqir etdi. Onun evdən çıxarmaq istəyəndə aramızda söz mübahisəsi yarandı. Məhəmməd qonaq otağında məni döydü, təpiklə qarın nahiyəmə vurdu. Mən qaçaraq həyətə çıxdıqda arxamca gəldi. Orada yumruqla baş nahiyəmə vurdu. Saçımdan tutaraq həyətdə sürüyərək məni döydü”.Pirallahı Rayon Məhkəməsinin hökmü ilə Məhəmməd 5 ay müddətə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib. Fariz Məlikli
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.