Bizimyol saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Fransa, ABŞ-ın Venesuelanın prezidenti Nikolaz Maduroyu ələ keçirmək üçün həyata keçirdiyi əməliyyatın metodlarını dəstəkləmir.
Bizimyol.info xəbər verir ki, bu barədə Fransanın hökumətinin rəsmi nümayəndəsi Mod Brejyon, Yelisey Sarayında keçirdiyi brifinqdə prezident Emanuel Makronun hökumət iclasında bəyanat verdiyini bildirib.
"Fransa istifadə edilən üsulları dəstəklənmir və qəbul etmir. Bu, respublika prezidentinin sözləridir", - deyə Brejyon qeyd edib.
Onun sözlərinə görə, Makron vurğulayıb ki, Fransa "beynəlxalq hüququ və xalqların azadlığını müdafiə edir". Fransız liderinə görə, ABŞ-ın əməliyyatı beynəlxalq hüquqa uyğun deyil.
Eyni zamanda, Brejyon əlavə edib ki, Makron Maduronun hakimiyyətdən uzaqlaşdırılmasını "yaxşı bir xəbər" hesab edir.
3 yanvar tarixində Venesuelanın Xarici İşlər naziri İvan Xil Pinto bildirib ki, ABŞ Karakasda mülki və hərbi obyektləri hədəf alıb. O, Vaşinqtonun hərəkətlərini hərbi aqressiya kimi qiymətləndirib. Venesuelada fövqəladə vəziyyət elan edilib. ABŞ prezidenti Donald Tramp Venesuelaya zərbələrin endirildiyini təsdiqləyib. Maduro və həyat yoldaşı həbs edilib və ölkədən çıxarılıb. ABŞ lideri, həmçinin, Venesuelanı müvəqqəti idarəetməyə götürmək niyyətində olduqlarını bildirib. Respublikanın Ali Məhkəməsi, dövlət başçısı vəzifəsini müvəqqəti icra edəcək şəxsin icraçı vitse-prezident Delsi Rodrigesi təyin edib.
Qadir, Bizimyol.info
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.