AZ

Yaxın gələcəkdə kənd təsərrüfatı, tibb, turizm sahələri kimi süni intellekt texnologiyasının da nazirliyi yaradılacaq

Bizimyol portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

“Süni intellekt həyatımızın bütün sahələrində istifadə ediləcək. Belə düşünə bilərsiniz; kənd təsərrüfatı, tibb, enerji, süni intellekt… Yaxın zamanlarda bunun nazirlikləri yaradılacaq. Necə ki, bu gün kənd təsərrüfatı, turizm və ya mədəniyyətlə bağlı nazirliklər var, gələcəkdə texnologiya ilə yanaşı süni intellekt nazirlikləri də olacaq. Çünki bütün sahələri ehtiva edir.

"Metaverse", oyun və proqramlaşdırma kimi sahələr hər zaman həyatımızın içində yer alacaq. Amma süni intellekt həyatımızın içində yer almayacaq, həyatımızı tamamilə dəyişdirə biləcək. Bəzi etdiyimiz fəaliyyətləri edə bilməyəcəyik. Həyatımıza yeni terminlər gələcək. Bu səbəbdən də süni intellekt bir seçim deyil, bir məcburiyyətə çevrilir”.

Bu barədə Bizimyol.info xəbər portalına BAU GLOBAL vitse-prezidenti, həmtəsisçisi Serdar Şenel danışıb. Serdar Şenel qeyd edib ki, "metaverse" normal həyatda Metanın taxıla bilən eynəkləri real həyatla virtual həyatı birləşdirən vasitələrin inkişaf etməsi ilə bir az daha ön plana çıxacaq.

Dr. Serdar Şenel

“Bu gün "metaverse" texnologiyasının tam formalaşmadığını düşünürəm. Onun da zamanı gələcək. Bu, necə olacaq? Artıq süni intellektlə ətrafımıza baxdığımız zaman müəyyən informasiyaları göz önünə gətirən vasitələr olacaq. İlon Mask da bunun üçün çalışır. Artıq bədənimizə inteqrasiya edəcəyimiz bəzi vasitələrlə gözümüzün önünə bəzi informasiyalar gələcək. Ekranlara və eynəklərə ehtiyac olmayan bir dövrə doğru addımlamış ola bilərik. "Metaverse" bunun iməkləməsi deməkdir. Amma süni intellektlə bambaşqa bir nöqtəyə gedəcəyimizi düşünürəm. Necə ki, bu gün mobil telefonlardan istifadə edilir, yaxın gələcəkdə "metaverse" və  süni intellekt vasitələrini də su içirmiş kimi, yemək yeyirmiş kimi istifadə ediləcək”-deyə Serdar Şenel qeyd edib.

Orxan, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
20
bizimyol.info

1Mənbələr