Avstriya mənşəli məşhur ABŞ aktyoru, 78 yaşlı Arnold Şvartsenegger pərəstişkarlarına beyin üçün "Sürətli pəhriz"i sınamağı təklif edib. O, yeddi günlük bu pəhrizin əhval-ruhiyyəni və həyat tərzini yaxşılaşdıracağını söyləyir.
Publika.az xəbər verir ki, Şvartseneqqer bu barədə izahı "Pump Club"ın son sayında edib.
"Sizdən bir həftə ardıcıl olaraq sıfır mənfiliyə qarşı pəhrizə riayət etməyinizi xahiş edirəm. Pessimizm, kinayə, qəzəb və ya əhval-ruhiyyəni pozan digər şeylər olmadan. Gəlin görək mənfi düşüncələr olmadan yaşamaq necədir", - məşhur şərhində qeyd edib.
Alimlər təsdiqləyirlər ki, optimistlər 11-15% daha çox yaşayır və 85 il və daha çox yaşamaq şansları 50-70% daha yüksəkdir.
"Neqativliyə qarşı pəhriz"i necə tamamlamaq olar?