AZ

Paytaxt klubunda baş məşqçiyə son şans

“Vest Hem”in baş məşqçisi Nuno Espirito Santonun London klubundan ayrılması yaxın görünür.

Msport.az xəbər verir ki, “çəkicçidöyənlər”in rəhbərliyi portuqaliyalı mütəxəssisə son şans olaraq qarşıdakı “Nottingem Forest”lə oyunu verəcək.

Məhz bu qarşılaşma Espirito Santonun komandadakı gələcəyi baxımından həlledici ola bilər.

“Vest Hem” İngiltərə Premyer Liqasının 21-ci turu çərçivəsində sabah “Nottingem Forest”lə qarşılaşacaq. Komanda bu matçdan əvvəl keçirdiyi 20 turda 14 xal toplayıb və turnir cədvəlinin 18-ci pilləsində qərarlaşıb, hazırda elitadan düşmə zonasındadır.

Seçilən
14
msport.az

1Mənbələr