
2026-cı ildə rusiyalı turistlər üçün ən ucuz beynəlxalq səyahət istiqamətləri Belarus, Özbəkistan və Qırğızıstan olacaq.
Yeniavaz.com xəbər verir ki, bu məlumat “Tutu” səyahət xidmətinin hesabatında yer alıb.
Hesabatda qeyd olunur ki, bu il iki nəfər üçün bir həftəlik tətili qonşu ölkələrdə minimal xərclə keçirmək mümkündür. Ən sərfəli istiqamət Belarusdur. Burada iki nəfər üçün bir həftəlik istirahətin orta dəyəri 80 min rubl (990 dollar) təşkil edir.
Qiymət baxımından növbəti yerlərdə 93 min rubl (1 150 dollar) ilə Özbəkistan, 105 min rubl (1 300 dollar) ilə və Qırğızıstan qərarlaşıb.