Salyan rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Noxudlu kəndi ərazisində qeydə alınıb.
İlkin məlumata görə, iki avtomobilin toqquşması nəticəsində iki nəfər ölüb, bir neçə nəfər xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.