AZ

Rusiya iqtisadiyyatı çökə bilər: Moskva təşvişə düşüb

Aparıcı rus analitikləri Venesuela prezidenti Nikolas Maduronun devrilməsinin neft qiymətlərinin aşağı düşməsinə və Rusiya iqtisadiyyatı üçün genişmiqyaslı nəticələrə səbəb olacağından qorxurlar.

“Bild” xəbər verir ki, Venesuela dünyanın ən böyük neft ehtiyatlarına malikdir, lakin digər OPEC+ üzvləri ilə müqayisədə onun neft ixracı həcmləri azdır. Jurnalistlər qeyd edirlər ki, “Venesuelanın neft ehtiyatları Amerika şirkətlərinin istifadə edə biləcəyi böyük potensialı təmsil edir”.

Bu arada, ABŞ prezidenti Donald Tramp artıq Amerika neft şirkətlərinin Venesuelada fəaliyyət göstərəcəyini bildirib. Qlobal bazara əlavə barellərin buraxılması neft qiymətlərinin daha da aşağı düşməsi üçün potensial yaradır.

//Samir Qurbanov, Editor.az

Seçilən
10
editor.az

1Mənbələr