AZ

Ötən il Aİ komissarlarının media məsləhətçiləri üçün çətin olub

Budapeşt, 5 yanvar, AZƏRTAC

2025-ci il Avropa İttifaqı (Aİ) Komissiyasının bir sıra üzvləri üçün kommunikasiya sahəsində dəyişikliklərlə yadda qalıb. Avropa Komissiyasının sədri Ursula Fon der Lyayen uzun illər kabinetində çalışan media məsləhətçisi Yens Flosdorffun vəzifəsini dəyişərək onu daha arxa planda olan rola keçirib. Komissarlar Dan Yorgensen, Roksana Minzatu və Marta Kos da media komandalarında yeniləmə aparıblar.

Lakin bütün komissarlar belə qərarlar qəbul etməyiblər. Macarıstanı təmsil edən Oliver Varheyi hazırda kommunikasiya məsləhətçisi olmayan yeganə Aİ komissarı olaraq qalır. Bu vəzifə onun kabinetində artıq bir ildən çoxdur ki, boşdur.

Müşahidəçilər bildirirlər ki, kommunikasiya strukturlarında baş verən bu dəyişikliklər Aİ institutlarında media strategiyalarının yenidən nəzərdən keçirildiyini göstərir.

 
Vüqar Seyidov
AZƏRTACın xüsusi müxbiri

Budapeşt

Seçilən
103
1
azertag.az

2Mənbələr