ain.az, Axsham.az portalına istinadən məlumat yayır.
Əməkdar artist Bəhram Bağırzadə mərhum Xalq artisti Eldəniz Zeynalovla bağlı paylaşım edib.
Axşam.az xəbər verir ki, o, mərhum aktyor və Əməkdar artist Rafael İsgəndərovun yer aldığı arxiv fotonu paylaşaraq bunları yazıb:
"Bu gün (red. - 1 yanvar) Xalq artisti Eldəniz Zeynalovun doğum günüdür, səhnə və ekranın böyük sənətkarı, nadir istedad sahibi.
Taleyimə düşən ən böyük şərəflərdən biri onunla kino, teatr və televiziya layihələrində birgə çalışmaq oldu. O, mərhum atamın dostu idi, mənə isə onunla eyni səhnəni və kadrı bölüşmək nəsib oldu.
Belə insanlar getmir, onlar sənətdə, xatirələrdə və qəlblərimizdə yaşayır. Ruhu şad olsun. Allah rəhmət eləsin".
Qeyd edək ki, Eldəniz Zeynalov 2001-ci il noyabrın 5-də vəfat edib

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.