AZ

Uyğun siyasi zəmin yaranarsa, Tramp Maduro əməliyyatı nı Kuba və Kolumbiyada da təkrarlaya bilər

ain.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Yanvarın 3-də ABŞ Venesuela prezidenti Nikolas Maduro və həyat yoldaşı Siliya Floresi Karakasda saxladı. Onlar təyyarə ilə Nyu-Yorka aparıldı. Elə həmin gün Maduro narkoterrorizm, kokain yaymaq və "ABŞ-a zərər vermək niyyəti ilə pulemyot və partlayıcı qurğular saxlamaq"da ittiham edildi. Lakin bəzi media orqanları və siyasətçilər hərbi əməliyyatın əsl məqsədinin və ABŞ hökumətinin maraqlarının Venesuela neftinə çıxış olduğunu ehtimal edirlər. Donald Tramp artıq Venesuelanın "təhlükəsiz, nizamlı və nizamlı" hakimiyyət keçidi mümkün olana qədər faktiki olaraq ABŞ-ın nəzarəti altına keçəcəyini açıqlayıb.Kolombiya, Kuba... ABŞ Cənubi Amerikada "təmizlik" apara bilərmi? Buna siyasi və hərbi gücü bəs edərmi?

Politoloq Zeynal Əmrəliyev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, ABŞ  Maduronun tutulması və ölkədən çıxarılması ilə bağlı əvvəlcə Venesuela daxilindəki qüvvələrlə hansısa bir razılığa gəlib, əks halda ABŞ-nin Venesuelanın daxilini bilmədən ölkə prezidentinə qarşı belə əməliyyat keçirməsi inandırıcı deyil. Zeynal Əmrəliyevin fikrincə, böyük ehtimalla daxildəki müəyyən qüvvələrlə əvvəlcədən razılıq əldə olunub.

Zeynal Əmrəliyev

Kolumbiya və Kuba məsələləri ilə bağlı politoloq hesab edir ki, bu məsələlər müəyyən qədər fərqli idi, çünki Venesulada əhali Maduronu artıq istəmirdi, faktiki olaraq Maduro öz legitimliyini itirmişdi: “İqtisadiyyat çox bərbad vəziyyətdə idi. Venesula iqtisadiyyatı və demək olar ki, milli valyuta olan bolivar çox acınacaqlı bir duruma düşmüşdü və iqtisadi vəziyyətinin pis olması, əhalinin sosial vəziyyətində olan ağırlıqlar da xalqın dövlət başçısına qarşı etimadını itirməsinə gətirib çıxarmışdı. Parlament seçkiləri ərəfəsində də, parlament seçkilərində də gördük ki, seçkilərin nəticələrinin saxtalaşdırılmasına baxmayaraq, hətta saxtalaşdırılan seçkilərdə belə müxalifət üstünlüyü ələ ala bildi”.

Amerika Birləşmiş Ştatları bu cür əməliyyatları Kuba və Kolumbiyada da həyata keçirə bilərmi?

Politoloqun fikrincə, ABŞ istəsə, həmin ölkələrdə də eyni analoji vəziyyət yaranarsa, Venesuelada olduğu kimi əhalinin dövlət rəhbərliyinə etimadı aşağı düşərsə və daxildəki hakimiyyət elitası ilə ABŞ razılığa gələ bilərsə, bu əməliyyatı təkrar həyata keçirə bilər: “Venesuelda bu razılaşma əldə olunmuşdu. Sanki hakim komanda Venesuelada Maduronu "qurban" verərək öz-özünü qorudu”.

İradə Cəlil, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
47
bizimyol.info

1Mənbələr